
Brauzer təhlükəsizliyi
Bank xidmətləri və ya onlayn alış-veriş kimi xidmətlər üçün təhlükəsizlik funksiyaları
tələb oluna bilər. Bu cür bağlantılar üçün sizə SIM kartınızda mövcud ola bilən
təhlükəsizlik sertifikatları və mümkün olaraq təhlükəsizlik modulu tələb oluna bilər.
Əlavə məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.
Təhlükəsizlik modulu parametrlərini dəyişmək və ya cihazınıza yüklənilmiş səlahiyyət
yaxud istifadəçi sertifikatlarının siyahısına baxmaq üçün
Menyu
>
Parametrlər
>
Təhlükə/-sizlik
>
Təhl. modulu prmtr.
,
İcazə sertifikatları
yaxud
İstif. sertifikatları
seçin.
Mühüm: Sertifikatların istifadəsi uzaq məsafəli birləşmələrdə və proqramların
yüklənməsində yaranan riskləri əhəmiyyətli dərəcədə azaltmasına baxmayaraq, bu
sertifikatlar təkmilləşdirilmiş təhlükəsizlikdən daha çox faydalanmaq üçün düzgün
istifadə edilməlidir. Sertifikatın mövcudluğu özü-özlüyündə qorunmanı təmin etmir;
sertifikatı idarə edən proqramda daha təkmilləşdirilmiş təhlükəsizlik üçün düzgün,
orijinal və ye etibarlı sertifikatlar olmalıdır. Sertifikatlar məhdud istifadə müddətinə
malikdir. Əgər sertifikatınız qüvvədə olduğu zaman "Sertifikatın vaxtı keçib və ya
Sertifikat qüvvədə deyil" ifadələri göstərilirsə, cihazınızda qurulmuş tarixin və vaxtın
düzgün olmasını yoxlayın.
Sertifikat parametrlərini dəyişdirməzdən əvvəl siz əmin olmalısınız ki, siz həqiqətən
sertifikatın sahibinə etibar edirsiniz və sertifikat həqiqətən siyahıda olan sahibə
məxsusdur.