
Mesaj göndərmə
Siz mətn və multimedia mesajlarını, elektron poçt, audio və fleş mesajlarını oxuyub,
yazıb, göndərə və saxlaya bilərsiniz. Mesajlaşma xidmətlərindən yalnız şəbəkəniz və
ya xidmət təminatçınız tərəfindən dəstəkləndiyi halda istifadə etmək olar.
Mətn və multimediya mesajları
Siz mesaj yaradıb seçim üzrə qoşma əlavə edə bilərsiniz, məsələn, şəkil qoşması.
Faylı əlavə etdiyiniz zaman telefonunuz avtomatik olaraq mətn mesajını multimediya
mesajına çevirəcək.
Mətn mesajları
Cihazınız bir mesaj həddindən əlavə mətn mesajlarını dəstəkləyir. Uzun mesajlar iki
və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş
tələb edə bilər. Vurğu və digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri
daha çox yer tutur və bir mesaj çərçivəsində göndərilən simvolların sayını
məhdudlaşdırır.
Qalan simvolların ümumi sayı və göndərmək üçün lazım olan mesaj sayı göstərilir.
Mesajları göndərmək üçün aparatınızda düzgün mesaj mərkəzinizin nömrəsi
saxlanılmalıdır. Adətən bu nömrə avtomatik olaraq SIM kartınız vasitəsilə quraşdırılır.
Nömrəni əl rejimində quraşdırmaq üçün
Menyu
>
Mesajlar
>
Mesaj prmtrləri
>
Mətn