
Xəritələri yeniləyin və yükləyin
Mobil məlumat ötürülməsi tariflərinin olmaması üçün ən son xəritələri və səs
idarəetməsi fayllarını Nokia Ovi Suite proqramından istifadə edərək kompüterinizə
yükləyin və ardından cihazınıza köçürüb saxlayın.
Nokia Ovi Suite proqramını yükləmək və kompüterinizdə quraşdırmaq üçün
www.ovi.com ünvanına daxil olun.
İşarə:Xaricə səyahət edərkən xəritələrə İnternet bağlantısı olmadan baxa bilmək üçün
səyahətdən əvvəl yeni xəritələri cihazınızda saxlayın.