Tullanması
Məhsulunuzun üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xatırladır ki, bütün elektrik və elektronik
məhsullar, batareyalar və akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa İttifaqında və
ayrı toplanma sistemləri olan yerlərdə tətbiq edilir. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının arasına
yerləşdirməyin.
Məhsulları toplanma yerlərinə qaytararaq siz nəzarətsiz tullantıların qarşısını alırsınız və materialların yenidən istifadəsinə
kömək edirsiniz. Ətraflı məlumatı pərakəndə satıcıdan, yerli bələdiyyələrdən, milli istehlakçılardan, hakimiyyət orqanlarından
və ya yerli Nokia nümayəndəliyindən əldə edə bilərsiniz. Məhsulun Eko-Bəyannaməsi ilə və ya məhsulunuzu qaytarmaq üçün
təlimatlarla bağlı www.nokia.com ünvanından ölkənizə aid məlumatlara baxın.