
Baxım və texniki qulluq
Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur və ehtiyatla qorunmalıdır. Aşağıda göstərilən təkliflər zəmanətin
əhatə etdiyi sahələrin qorunmasına yardım edəcək.
•
Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində eletron sxemlərin korroziyasına səbəb
ola biləcək minerallar ola bilər. Cihazınız yaş olduqda batareyanı çıxarın və onu yenidən yerinə yerləşdirənə qədər
cihazın tam qurumasını təmin edin.
•
Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və saxlamayın. Onun ayrıla bilən hissələri və elektron komponentləri zədələnə
bilər.
•
Cihazı isti yerdə saxlamayın. Yüksək temperatur elektron cihazların istehlak müddətini qısaldır, batareyaları zədələyir
və müəyyən plastik hissələri əyir və ya əridir.
•
Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal temperatura qayıtdıqda cihazın içində nəmlik yarana bilər bə bunun
nəticəsində elektron sxemlərin plataları zədələnə bilər.
•
Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.
•
Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili montaj platasını və dəqiq mexanika
elementlərini qıra bilər.
Məhsul və təhlükəsizlik üzrə məlumat
53

•
Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü tozlardan istifadə
etməyin.
•
Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
•
Kamera, yaxınlaşdırıcı qurğu, və fotodetektor linzaları kimi optik şüşələrin təmizlənməsi üçün yumşaq, quru parça
istifadə edin.
•
Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenalardan istifadə edin. Qadağan edilmiş antenaların, modifikasiyaların
və ya aksessuarların istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların
pozulmasına səbəb ola bilər.
•
Batareyanı bağlı otaqda doldurun.
•
Cihazınızı xidmət şəbəkəsinə göndərdikdə həmişə saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim qeydləri kimi)
surətini çıxarın.
•
Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir, bunun üçün cihazı söndürün və batareyanı çıxarın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, batareya doludran qurğuya və ya hər hansı
aksessuara şamil edilir. Hər hansı cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət
şəbəkəsinə aparın.