Nokia 6700 Classic - Batareya və adapter barədə məlumat

background image

Batareya və adapter barədə məlumat
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Bu cihazda istifadə olunması nəzərdə tutulan batareya BL-6Q.

Nokia bu cihaza uyğun əlavə batareya modelləri düzəldə bilər. Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə tutulmuşdur:

AC-8, AC-15 . Adapter modelinin dəqiq nömrəsi ştepselin növündən asılı olaraq müxtəlif ola bilər. Ştepselin variantı

aşağıdakılardan birinə görə təyin edilir: E, EB, X, AR, U, A, C, K və ya UB.

Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin

vaxtı normal vaxtdan qısadırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalardan istifadə edin və

batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya dolduran

qurğuları istifadə edin.

Batareya ilk dəfə istifadə edilərkən və ya batareya uzun müddət istifadə edilmədikdə enerji qurğusunu cihaza birləşdirmək,

sonra ayırmaq və batareyanın doldurulmasının başlanması üçün təkrar birləşdirmək tələb oluna bilər. Batareya tam boşaldıqda

ekranda batareyanın doldurulması indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.

Təhlükəsiz çıxarılma. Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerjı qurğusundan ayırın.

Düzgün doldurulma. Adapter istifadə edilmədikdə, onu elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş batareyanı

dolduran qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq batareyanın doldurulması onun istehlak müddətini qısalda bilər.

İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.

Kəskin temperaturdan çəkinin. Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlamağa çalışın. Kəskin

temperaturlar batareyanın fəaliyyətini və ömrünü azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.

Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə məhdud olur.

Qısa qapanmaya səbəb olmayın. Təsadüfi qısa qapanma dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar birbaşa batareyanın

müsbət (+) və mənfi (-) terminalları ilə əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal zolaqlar kimi görsənir.)

Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların qısa qapanması

batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.

Tullama. Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv

edin. Mümkün olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.

Sızma. Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın, əyməyin və ya deşməyin. Batareya sızması baş verərsə,

batareya mayesinin dəriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nahiyələri dərhal su

ilə yuyun və ya tibbi yardım üçün müraciət edin.

Zədələnmə. Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin, suya və ya digər mayelərə salmayın.

Batareyalar zədələnərsə, partlayışa səbəb ola bilər.

Düzgün istifadə. Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Batareyanın düzgün istifadə edilməməsi yanğın,

partlayış və ya digər təhlükələrə səbəb ola bilər. Əgər cihaz və ya batareya sərt yerə düşsə və siz batareyanın zədələndiyinə

əmin olsanız, istifadə etmədən onu xidmət mərkəzinə apararaq yoxladın. Heç vaxt zədələnmiş batareya və ya batareyanı

dolduran qurğu istifadə etməyin. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.

52

Məhsul və təhlükəsizlik üzrə məlumat