Təcili yardım zəngləri
Mühüm: Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları, simsiz şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və
istifadəçi üçün proqramlaşdırılmış funksiyaları istifadə edərək işləyir. Cihaz təcili zəngləri yalnız mobil şəbəkələr üzərində
etməyə cəhd edəcək. Hər şəraitdə bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız
simsiz cihaza etibar etməməlisiniz.
Təcili zəngi etmək üçün:
1
Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın. Cihazınızdan asılı olaraq, aşağıdakıları
tamamlamalı ola bilərsiniz:
•
Cihazınıza SİM kart daxil edin.
•
Cihazınızda aktivləşdirdiyiniz müəyyən zəng məhdudiyyətlərini götürün.
•
Qoşulu olmayan və ya uçuş rejimi profilini aktiv profillə dəyişdirin.
2
Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədər başa çatdırma düyməsini basın.
3
Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
4
Zəng düyməsini basın.
Məhsul və təhlükəsizlik üzrə məlumat
55
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə yerində sizin simsiz cihazınız yeganə
kommunikasıya vasitəsi ola bilər. İcazə verilənədək zəngi bitirməyin.