Nokia 6700 Classic - Sizin cihaz haqqında

background image

Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz GSM 850, 900, 1800, 1900 və WCDMA 900,

1900 və 2100 Mhz şəbəkələri-da istifadə üçün təsdiq edilmişdir. Şəbəkə haqqında

daha ətraflı məlumat əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Cihazınızda üçüncü tərəf internet saytları üçün əvvəlcədən qurulan əlfəcinlər və

bəndlər ola bilər və sizə üçüncü tərəf saytlara daxil olmağa imkan verə bilər. Bunlar

Nokianın himayəsində deyil və Nokia onlara görə məsuliyyət daşımır. Əgər siz belə

saytlara daxil olsanız, təhlükəsizlik və ya tərkib üçün ehtiyat tədbirlərini həyata keçirin.

Xəbərdarlıq:

Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi üçün telefon işə

salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi hallarda telefonu işə

salmayın.

Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil

olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət

edin. Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng siqnalları

melodiyalarının və digər məzmunlu funksiyaların surətinin çıxarılmasına,

dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.
Cihazınızın yaddaşında saxladığınız bütün zəruri məlumatın ehtiyat nüsxəsini çıxarın

və ya yazılı qeyd edin.
Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün onun

istifadə təlimatını oxuyun. Uyğun olmayan məhsulları qoşmayın.
Bu təlimatlardakı şəkillər cihazınızın ekranındakından fərqli ola bilər.
Cihazınız haqqında digər mühüm məlumatları bilmək üçün istifadəçinin təlimatlarına

müraciət edin.