
Bax "Proqram yenilənmələri" s. 7.
•
Nokia İnternet saytına baxın və ya Nokia Care ilə əlaqə saxlayın.
Bax "Nokia
dəstək" s. 8.
Əgər problem həll olunmasa, təmir üçün yerli Nokia Care məntəqəsi ilə əlaqə saxlayın.
Telefonunuzu təmirə göndərməzdən əvvəl həmişə telefonunuzdakı məlumatların
nüsxəsini çıxardın.
Proqram yenilənmələri
Nokia yeni xüsusiyyətləri, təkmilləşmiş funksiyaları yaxud yaxşılaşdırılmış göstəriciləri
təklif edə bilən proqram təminatının yeniləmələrini hazırlaya bilər. Bu yeniləmələri
Nokia Software Updater proqramının vasitəsilə tələb edə bilərsiniz. Cihazın proqram
təminatını yeniləmək üçün sizə Nokia Software Updater proqramı və Microsoft
Windows 2000, XP yaxud Vista əməliyyat sistemi ilə olan uyğun kompyuter, İnternetə
genişzolaqlı giriş və kompyuteri cihazınıza qoşmaq üçün müvafiq məlumat kabeli
lazımdır.
Ətraflı məlumatı əldə etmək və Nokia Software Updater proqramını yükləmək üçün
www.nokia.com/softwareupdate yaxud yerli Nokia veb-saytına baxın.
Əgər proqram təminatının simsiz yeniləməsi şəbəkəniz tərəfindən dəstəklənirsə, siz
yeniləmələri telefonunuzdan istifadə edərək tələb edə bilərsiz.
Bax "Açıqda olan
proqram yeniləmələri" s. 36.
Ümumi məlumat
7

Mühüm: Yalnız etibar etdiyiniz və zərərli proqramlara qarşı müvafiq təminat təklif edən
xidmətləri istifadə edin.