Nokia 6700 Classic - Keçid kodları

background image

Keçid kodları
Telefonunuzu giriş kodları və təhlükəsizlik parametrlərindən necə istifadə etməsini

qurmaq üçün seçin

Menyu

>

Parametrlər

>

Təhlükə/-sizlik

>

Giriş kodları

.

Təhlükəsizlik kodu sizin telefonunuzu icazəsiz istifadədən mühafizə etməkdə

kömək edir. Əvvəlcədən qurulmuş kod:12345. Siz kodu dəyişdirə və telefonu kodu

tələbetməsi üçün qura bilərsiniz. Bəzi əməliyyatlar parametrlərdən asılı olmayaraq

təhlükəsizlik kodunu tələb edir, məsələn, əgər siz istehsalçı parametrlərini bərpa

etmək istəyirsinizsə. Kodu gizli və telefonunuzdan ayrı bir təhlükəsiz yerdə

saxlayın. Kodu yadınızdan çıxartsanız və telefonunuz blokirovkaya düşərsə,

telefonunuza xidmət lazım olacaq və əlavə haqq tətbiq oluna bilər. Ətraflı məlumat

üçün Nokia Care nöqtəsinə yaxud telefonunuzun dilerinə müraciət edin.

SIM (USIM) kartı ilə təchiz edilmiş PIN (UPIN) kodu kartın icazəsiz istifadəsinin

qarşısını almaqda kömək edir.

Bəzi SIM (USIM) kartlarla təchiz edilən PIN2 (UPIN2) kodu müəyyən xidmətlərə

giriş əldə etmək üçün tələb olunur.

PUK (UPUK) və PUK2 (UPUK2) kodları SIM (USIM) kartla birgə təchiz oluna bilər.

Əgər siz PIN kodu ardıcıllıqla üç dəfə yanlış daxil etsəniz, sizdən PUK kod tələb

olunacaq. Əgər kodlar təmin olunmayıblarsa, xidmət təminatçınızla əlaqə saxlayın.

Qadağa parolu gələn və edilən zənglərə qadağa qoymaq üçün (şəbəkə xidməti)

zəngə qadağa qoyulması xidmətindən istifadə edərkən tələb olunur.

Brauzer üçün təhlükəsizlik modulu parametrlərini nəzərdən keçirmək və ya

dəyişdirmək üçün seçin

Menyu

>

Parametrlər

>

Təhlükə/-sizlik

>

Təhl. modulu

prmtr.

.